Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 14:54
Rusiyanın Kostroma vilayətində evdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Kostroma vilayətinin Şarya şəhərində Belozerskaya küçəsində taxta ev yanıb. Nazirlik yanğın zamanı evdə 6 nəfərin olduğunu bildirib:
"Hadisə yerindən 1987-ci il təvəllüdlü qadın tapılaraq həkimlərə təhvil verilib. Qadın təcili yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerindən 2 uşaq və 2 kişi meyiti aşkarlanıb".