Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada güclü qar həyatı iflic etdi - VİDEO

Yaponiyada güclü qar həyatı iflic etdi - VİDEO

Tarix: 10 Yanvar 2022 16:30

Yaponiyanın paytaxtı Tokioda güclü qar və buzlaşmaya görə həyat iflic olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, buzlaşma nəticəsində 525 nəfərin ayağı sürüşərək xəstəxanaya düşüb, 100-ə yaxın aviareys təxirə salınıb.

Ölkənin Kanto bölgəsində, xüsusilə Tokioda güclü qarın balansı getdikcə ağırlaşır.

Bildirilib ki, buzlaşmaya görə, Tokioda 80-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib, 100-ə yaxın avtomobil körpüdə qalıb.

Rəsmilər bildiriblər ki, qar səbəbindən paytaxt boyu 14 marşrut xətti üzrə nəqliyyatın hərəkəti vaxtaşırı kəsilib.

Milli.Az


Etiketlər:  Yaponiyada güclü qar həyatı iflic etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ