Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Burcu ilə evlərimizi ayırdıq” - Sinan Akçıl

“Burcu ilə evlərimizi ayırdıq” - Sinan Akçıl

Tarix: 11 Yanvar 2022 12:42

2018-ci ildə aktrisa Burcu Kıratlı ilə ailə həyatı quran və doqquz ay evli qaldıqdan sonra boşanan Sinan Akçıl 2021-ci ilin fevralında ikinci dəfə nikah masasına oturmuşdu. Ancaq evliliklərinin birinci ili tamam olmadan cütlük haqda yenidən ayrılacaqlarına dair iddialar ortaya çıxıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Burcu Kıratlının mənəvi atası Kenan Erçetingözün doğum gününə tək qatılması və barmağında üzüyünün olmaması da bu iddiaları gücləndirib.

Məsələ ilə bağlı danışan Sinan Akçıl bunları deyib:

"Bunlar hər evlilikdə baş verə biləcək böhranlardır. Hər gün danışırıq, çözməyə çalışırıq. Mən indi ikinci nikah öncəsi köçdüyüm 4-cü Leventdəki böyük mənzili Burcuya verdim, özüm ayrı bir yerə köçdüm. Amma sonda nə qərar alacağımızı indi bilmirəm. Bu, boşanma da ola bilər, təkrar eyni dam altında evliliyə davam etmək də. Burcu iki dəfə aşiq olub evləndiyim qadındır. İkinci dəfə evlənəcək qədər dəyər verdiyim bir qadın".

Akçıl, həmçinin Burcu Kıratlının mənəvi atası Kenan Erçetingözün doğum gününə qatılmamasını belə izah edib: "Yeni ildə Bakıda idik və klip də çəkdiyim üçün geri dönməyim uzandı. Onu çox sevirəm, mənim üçün yeri başqadır".


Etiketlər:  Burcu ilə evlərimizi ayırdıq Sinan Akçıl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ