Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 15:54
Bakıda "Lider" televiziyasının keçmiş əməkdaşı, 1991-ci il təvəllüdlü Həsənova Nahidə Sadəddin qızının həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, yanvarın 4-də saat 15 radələrində Xətai rayonu General Şıxlınski küçəsində yerləşən binadakı mənzildə N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Alıyev Orxan Mehdi oğlu narkotik vasitə aludəçisidir.
Heç bir yerdə işləməyən Orxan Alıyev valideyninin pensiya pulu ilə güzəranını təmin edirmiş. Hadisə vaxtı onun narkotik vasitənin təsiri altında olması istisna edilmir.
İlkin ifadəsində o, həm də xalası qızı olan həyat yoldaşını qısqanclıq və digər səbəblərdən qətlə yetirdiyini iddia edib. O.Alıyev Nahidə ilə daha əvvəl də münaqişə yaşadığını əlavə edib. Məlum olub ki, hadisə vaxtı ailənin yeganə azyaşlı övladı evdə olmayıb və nənəsinin yanında imiş. Nahidə ilə evdə mübahisə edən Orxan daha sonra onu xüsusi qəddarlıqla qətlə yetirib.
Qeyd edək ki, O.Alıyevin xanımını öldürüb onun bədən üzvlərini hamamda kəsdikdən sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb. Videoda hamam otağında yerləşən vannada uzanıqlı halda qalmış üzərində başı və qolu olmayan cəsəd görüntülənib.
Hadisəni törədən Orxan Alıyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.