Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş nazirin evində axtarış edən polis faktın üstünü açdı

Baş nazirin evində axtarış edən polis faktın üstünü açdı

Tarix: 11 Yanvar 2022 18:32

İsveçin Baş naziri Maqdalena Andersson evində qeyri-qanuni mühaciri çalışdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis baş nazirin evində əməliyyat keçirərək faktın üstünü açıb.

Maqdalena Andersson açıqlama verərək bildirib ki, təmizlik şirkət tərəfindən aldadılıb.

Qeyri-qanuni işləyən Nikaraquadan olan 25 yaşlı təmizlik işçisi polisə verdiyi ifadəsində 2020-ci ilin yazında deportasiya əmri verildikdən sonra qeyri-qanuni işlədiyini etiraf edib.

Qadın həmçinin 2020-ci ilin payızında Stokholmdakı bir mağazada oğurluq etməkdə təqsirli bilinib.

Təmizlik şirkəti hadisədən sonra verdiyi açıqlamada qadının onlara başqa təmizlik şirkəti tərəfindən göndərildiyini iddia edib.

Milli.Az


Etiketlər:  Baş nazirin evində axtarış edən polis faktın üstünü açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ