Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 22:40
Türkiyəli müğənni Sıla Gençoğlu ilə keçmiş həyat yoldaşı, aktyor Ahmet Kuralın məhkəmə işi yekunlaşıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Sılaya qarşı "təhqir, hədə-qorxu və qəsdən yaralama" maddələri üzrə ümumilikdə 1 il 4 ay 20 gün həbs cəzası alan Kuralın apellyasiya məhkəməsinə edilən müraciəti rədd edilib.
Qeyd edək ki, aktyor "Təhdid" maddəsi üzrə 7 ay 15 gün, "Yüngül xəsarət yetirmə" maddəsi üzrə 5 ay, "Təhqir" maddəsi üzrə isə 4 ay 5 gün həbs cəzasına məhkum edilmişdi.