Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq

Fransada “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq

Tarix: 2 Sentyabr 2019 13:12

Bakı. Trend:

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabı Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub.

Komitədən Trend-ə verilən məlumata görə, “Mühacirlərin həyatı” kitabında müəllifin qürbətdə keçən gənclik illəri, qardaşının Fransa üçün canından keçməsi, müharibə illərində yaşadığı çətinliklər, tanış olduğu maraqlı və o dövrün görkəmli şəxslərilə bağlı xatirələri toplanıb.

“Mühacirlərin həyatı” kitabında Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Albert Kamyu ilə əlaqələri də geniş yer alıb.

T.Hacıbəylinin yaşadığı acılı-şirinli günlərə, keşməkeşli ömür yoluna baxmayaraq, xatirələri ailəsinə, yaşadığı ölkəyə və ana vətənə - Azərbaycana olan sevgisinin azalmadığını əks etdirir.

Kitabın redaktoru “Kəpəz” nəşriyyatının əməkdaşı Ghita Belgueddir.

Yaxın günlərdə Fransanın paytaxtı Paris şəhərində “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fransada Mühacirlərin həyatı kitabının təqdimatı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ