Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olundu

Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olundu

Tarix: 12 Yanvar 2022 11:33

Əməkdar artist Suğra Bağırzadə "Leonardo Da Vinci" medalı ilə təltif olunub.

Bu barədə APA-ya "Azərbaycanfilm" kinostudiyasından bildirilib.

O, "Leonardo Da Vinci" medalına BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, S.Bağırzadə "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısıdır. O, bundan əvvəl də mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfələrə görə "Tərəqqi" medalına və bir çox beynəlxalq mükafatlarla təltif olunub.

Milli.Az


Etiketlər:  Suğra Bağırzadə Leonardo Da Vinci medalı ilə təltif olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ