Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə bilirdim ki, bunlar ölüb, amma Zamiq kimilər...''

''Elə bilirdim ki, bunlar ölüb, amma Zamiq kimilər...''

Tarix: 12 Yanvar 2022 18:00

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov "MTV Azərbaycan" telekanalında Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Üzə-düz" proqramının qonağı olub.

Sonxeber.net publika.az-a istinadla xəbər verir ki, Əməkdar artist verilişdə Zamiq Hüseynov barəsində maraqlı fikirlər səsləndirib.

Tahir İmanov Zamiqin ifasını bəyəndiyini dilə gətirib:

"Zamiq Hüseynovda səhnə mədəniyyəti, danışıq qabiliyyəti var. Onun 3 il əvvəl Heydər Əliyev Sarayında baş tutan konsertini televiziya yayımı vasitəsilə izlədim. Yaxşı mənada o konserti məni çox təəccübləndirdi. Oxumağı, səhnənin dekorasiyası, musiqiçiləri o qədər xoşuma gəldi ki, mən dərhal Zamiqə zəng edib ona təşəkkürümü bildirdim. Dedim Zamiq, mən elə bilirdim ki, bunlar ölüb, amma Zamiq kimilər şou-biznesi dirçəldir. Yeniliklər gətirir, cəsarət tapıb retro mahnılara ikinci nəfəs verir. Möhürlü ifaları uğurla alındıra bilir!"


Etiketlər:  Elə bilirdim bunlar ölüb amma Zamiq kimilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ