Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 22:32
UEFA Gənclər Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, final oyununda "Çelsi" və "Portu"nun U-19 komandaları üz-üzə gəlib. Matç Portuqaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Portu-19" - "Çelsi-19" - 3:1
Qollar: Vieyra, (1:0), Redan, 53 (1:1), Keyruş, 55 (2:1), Souza, 75 (3:1)
Bu, "Portu"nun turnirdə ilk çempionluğudur. 2013-cü ildən keçirilən UEFA Gənclər liqasının ötən mövsüm qalibi "Barselona" olub.
Xatırladaq ki, bu turnirdə ölkəmizi "Qəbələ"nin gənclərdən ibarət komandası təmsil edib. Komanda UEFA Gənclər Liqasının birinci mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:1, 3:1. "Qəbələ" ikinci mərhələdə "Herta"ya uduzaraq (0:1, 1:3) turnirlə vidalaşıb.