Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı reper Qarabağla bağlı dediklərinə görə üzr istədi - VİDEO

Rusiyalı reper Qarabağla bağlı dediklərinə görə üzr istədi - VİDEO

Tarix: 13 Yanvar 2022 14:45

Bir il öncə azərbaycanlıları təhqir edən rusiyalı reper Aleksandr Timartsev (Restorator) üzr istəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı instaqram hesabında bununla bağlı video paylaşaraq bu ifadələri səsləndirib: 

"Bütün Azərbaycan sakinlərindən üzr istəyirəm. Sevgi və hörmət müstəsnadır, uşaqlar. Çıxan videoda çox sərxoş idim və nə dediyimi xatırlamıram. Sizi çox sevirəm, bu hərəkətimə görə məni bağışlayın. Ümumiyyətlə, bunu niyə dediyimi bilmirəm. Bir daha sizdən üzr istəyirəm".

Qeyd edək ki, söhbət bu yaxınlarda "TikTok" və bir sıra teleqram kanallarında yayımlanan 2020-ci ildə lentə alınan videodan gedir. Aleksandr həmin görüntülərdə azərbaycanlıları diz çökərək Qarabağı ermənilərə verməyə çağırmışdı.

Milli.Az


Etiketlər:  Rusiyalı reper Qarabağla bağlı dediklərinə görə üzr istədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ