Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın keçmiş futbolçusu rəqibinin həyatını xilas etdi - VİDEO

''Real''ın keçmiş futbolçusu rəqibinin həyatını xilas etdi - VİDEO

Tarix: 13 Yanvar 2022 17:38

Qətər çempionatının XIII tur matçında "Əl Rayyan" klubunun futbolçusu Xames Rodriges "Əl Vakra"nın müdafiəçisi Usman Kulibalinin həyatını xilas edib.

Milli.Az xəbər verir ki, report-un məlumatına görə, İspaniya "Real Madrid"inin sabiq yarımmüdafiəçisi ilk yarıda huşunu itirən malili oyunçunun köməyinə özünü hamıdan tez çatdırıb.

Kolumbiyalı legioner təcili yardım briqadası ilkin yardım göstərib. O, 32 yaşlı futbolçunun nəfəs ala bilməsinə kömək edib. Xəstəxanaya çatdırılan Kulibalinin hazırkı durumu sabit qiymətləndirilir. Onun ürəktutması keçirdiyi açıqlanıb.

Xatırladaq ki, Xames Rodriges "Əl Rayyan"da 2021-ci ilin sentyabrından çıxış edir. O, ötən mövsüm 7 oyunda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az


Etiketlər:  Realın keçmiş futbolçusu rəqibinin həyatını xilas etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ