Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 20:14
Koronavirusun "Omikron" ştammı dünyaya hakim olacaq, sonra isə bu ilin sonuna kimi "tənəzzül" edəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Aleksey Vodovozov açıqlayıb.
Onun sözlərinə görə, ötən il çox sürətlə yayılan və sonda "tənəzzül" edən "Delta" ştammının taleyi "Omikron"u da gözləyir. "Omikron" ştammında da eyni şey baş verəcək:
"2021-ci ildə biz "Delta" ştammının yüksəlişini və enişini gördük. Bütün hadisələr koronavirusun bu bir variantı ətrafında baş verdi. İnanıram ki, 2022-ci ildə də eyni aqibət "Omikron" ştammını da gözləyir".
Həkim qeyd edib ki, yeni ştammın yüksəlməsi və enməsinin hansı nəticələrə gətirib çıxaracağı və hansı patogenin onu sıxışdıracağı indi məlum deyil.