Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli kişi azərbaycanlı arvadını axtarır

Türkiyəli kişi azərbaycanlı arvadını axtarır

Tarix: 14 Yanvar 2022 08:28

Türkiyəli kişi onu aldadan azərbaycanlı həyat yoldaşını axtarır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində yayıma qoşulan Hamdi adlı Türkiyə vətəndaşı bildirib.

Nuray Bayramova adlı qadın Türkiyəyə bacısıgilə gedəndə Hamdi ilə tanış olub. Bir il yarım dini nikahla evli qalan cütlük daha sonra rəsmi evləniblər.

Hamdi bildirib ki, o Nurayın birinci əri tərəfindən ölümlə təhdid edilib. Türkiyəli kişi 2021-ci ilin oktyabr ayında Sumqayıta gəlib və burada başına iş gəlib. Borc alıb Azərbaycana gələn kişi aldadıldığını, boşanmaq istədiyini bildirib.

Milli.Az


Etiketlər:  Türkiyəli kişi azərbaycanlı arvadını axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ