Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan polisi əldəqayırma bombanı zərərsizləşdirib

Hindistan polisi əldəqayırma bombanı zərərsizləşdirib

Tarix: 15 Yanvar 2022 08:04

Hindistan polisi Dehlidəki gül bazarında aşkar edilmiş kustar üsulla hazırlanan bombanı zərərsizləşdirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, respublika gününə hazırlaşan ölkədə polis gücləndirilmiş rejimdə işləyir.

Dehli şəhərində insanların sıx olduğu ərazidə tərk edilmiş çantada bomba tapıldığı üçün bütün bazar boşaldılıb. Minaaxtaranlar bombanı yerində zərərsizləşdiriblər. Ərazi təkrarən yoxlandıqdan sonra əhali bazara buraxılıb.


Etiketlər:  Hindistan polisi əldəqayırma bombanı zərərsizləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ