Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bədavi Hüseynov çox məşq edib, çalışmalıdır"

Tarix: 15 Yanvar 2022 08:50

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiəçi Bədavi Hüseynovun son durumunu açıqlayıb

Milli.Az qol.az-a istinadən xəbər verir ki, B.Hüseynov gələn həftə komandanın ümumi məşqlərinə qatılacaq:

"Hazırda o, özünün optimal formasından uzaqdır. Əvvəlki formasına qayıtması üçün daha çox məşq edib, çalışmalıdır".

Qeyd edək ki, Bədavi Hüseynov ötən ilin iyun ayında millimizin heyətində Moldova ilə keçirilən yoxlama matçında ayağından zədə almışdı.

Milli.Az


Etiketlər:  Bədavi Hüseynov çox məşq edib çalışmalıdır


RƏYLƏR