Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dubaydan ''iPhone'' və qızıl gətirən azərbaycanlı İran gömrüyündə ''ilişdi''

Dubaydan ''iPhone'' və qızıl gətirən azərbaycanlı İran gömrüyündə ''ilişdi''

Tarix: 15 Yanvar 2022 14:08

İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd "iPhone 13" mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az xəbər verir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:

"Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Dubaydan iPhone qızıl gətirən azərbaycanlı İran gömrüyündə ilişdi


RƏYLƏR