Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt'' bəyanat yayıb, üzr istədi

''Sumqayıt'' bəyanat yayıb, üzr istədi

Tarix: 2 Sentyabr 2019 17:12

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 3-cü turunda "Neftçi" ilə görüşün son dəqiqələrində baş verən insidentlə bağlı bəyanat yayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bəyanatda deyilir:


Hörmətli futbol ictimaiyyəti, "Sumqayıt” klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turunda “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” klubu olaraq üzr istəyirik.

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.

“Sumqayıt” klubu futbolun bir idman növü olaraq hörmət və ehtiram kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır.

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, - deyirik.

 


Etiketlər:  Sumqayıt bəyanat yayıb üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ