Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 18:15
"Son illərdə peşəkar, doğru-düzgün, səlis, efirdə davamlı qala biləcək aparıcı yetişmir".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "7 canlı" proqramında deyib. O, yeni aparıcıların yetşməməsindən danışıb:
"Əziyyətdən irəli gəlir. Burada pul önəmli deyil. Savad, mütaliə, mədəniyyət, estetika önəmlidir. Gənc nəsil arxı hoppanmamış hop deyirlər. Bir aparıcı olmaq üçün biz nə qədər əziyyət çəkirik. İndi gəlirlər universiteti belə doğru-düzgün bitirmir. İki dəqiqə tələffüsünü idarə edib mətn oxumaq qabiliyyəti yoxdur. Yaxşı aparıcı yaxşı müxbir, redaktor olmalı, inşa yazmaq qabiliyyəti olmalıdır".