Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 22:34
Paytaxtdan sonra ətin qiymətində olan artım dalğası bölgələrə də çatıb. Əməkdaşlarımız fərqli rayonlardakı bazarlarda və ət satışı məntəqələrində mövcud vəziyyəti lentə alıblar.
Həm satanlar, həm də alanlar narazıdırlar. Söhbət ətin qiymətindəki bahalaşmadan gedir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bura Tovuzun mərkəzi ticarət mərkəzindəki ət satışı bölməsidir. Satışa çıxarılan iri və xırdabuynuzlu heyvan ətlərinin satış qiymətində artım var. Alıcılar deyirlər ki, son vaxtlar ət xeyli bahalaşıb və bu fərq bəzi hallarda 4 manata çatır.
Satıcılar qiymət artımını fərqli səbəblərlə izah edirlər. Onların sözlərinə görə, heyvan yemindəki qiymət artımı fermerlərə təsir etdiyi üçün onlar da heyvanları baha satırlar.
Bərdədə də quzu ətində bahalaşma qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 12 manata satılan quzu əti indi 3 manata qədər bahalaşıb.
Bərdədə mal ətində isə qiymət artımı yoxdur. Rayonda mal ərinin qiyməti 9-10 manat arasında dəyişir. Ancaq satıcılar bazarda heyvanın diri çəkisinin bahalaşdığını deyirlər. Qeyd edək ki, bölgələrdə ət satışındakı qiymət artımı yanvar ayından müşahidə olunur.