Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaqları təhlükəli virusdan, qripdən necə qoruyaq? - Pediatr izah edir

Uşaqları təhlükəli virusdan, qripdən necə qoruyaq? - Pediatr izah edir

Tarix: 16 Yanvar 2022 03:06

Tanınmış pediatr Əli Quliyev azxeber.com-a müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Mövsüm ilə bağlı olaraq virus və bakterial infeksiyaların çox yayıldığı bir zamandayıq. Virus və ya bakterial infeksiya nədir? Bir-birindən nə ilə fərqlənir?

- Virus infeksiyadan fərqi ondadır ki, bakterial infeksiyanın adətən müalicəsi var. Antibiotik ilə müalicə olunur. Ancaq virusların təəsüf ki, əksəriyyətinin müalicəsi yoxdur. Virus və ya bakterial infeksiya ancaq müayinə və ya analiz ilə fərqləndirilə bilər. Valideyinin uşağa baxaraq aydınlaşdırması mümkün deyil.

- Xüsusilə viruslardan bu günlərdə hansı yayılıb və nə etmək lazımdır?

- Mövsümə bağlı olaraq ən sıx gördüyümüz qripdir. Qrip virusunda ən sıx şikayət asqırma, öskürmə, burun axması və qızdırmadır. Günümüzdə qrip üçün adətən xüsusi dərman təyin olunmur. Simptomatik müalicə aparılır. Öskürək, hərarət, burun axması varsa onlar ayrılıqda müalicə olunur.

- Bəzən valideynlər uşaqların tez sağalmaları üçün antibiotik verir. Bu nə dərəcədə düzgündür?

- Qripdə qəti şəkildə antibiotik verilməsini tövsiyyə etmirik. Əgər bu uşaqda qriplə yanaşı ikincili infeksiya yaranıbsa, məsələn, orta qulaq infeksiyası, sinusit və s. bu zaman antibiotik verilə bilər. Ancaq digər hallarda bu düzgün deyil. Hər qrip olan uşaq antibiotik içsə bədəndəki mikroblar antibiotikə öyrəşir. Sonra ciddi ağırlaşma olduqda verilən antibiotik təsir etmir. Buna görə də insanlar itirilir. Bu baxımdan əgər ağırlaşma yoxdursa antibiotik verilməsini tövsiyyə etmirik.

- Bu gün Bakıda çox yayılan viruslardan biri, Koksaki virusu haqda nə deyə bilərsiniz?

- Koksaki virusu daha çox su çiçəyinə bənzəyir, əl, ağız, ayaq xəstəliyinə səbəb olur. Gün ərzində 2-3 dəfə bu virusa yoluxan uşaqla qarşılaşırıq. Xəstələrin əllərində, ayaqlarında, qasıq bölgəsində və ağızda su çiçəyi səpgisinə bənzər yaralar olur və təəssüf ki bunu bizim həkimlər bəzən su çiçəyi xəstəliyi ilə səhv salırlar. Başqa viruslar da bu xəstəliyə səbəb ola bilər və bu xəstəlik də virus olduğu üçün özəl müalicəsi yoxdur.

Bəzən valideynlər bu xəstələri günlərlə yuyundurmur, yaraların üzərinə brilliant yaşılı (zelyonka) çəkir, pəhriz saxlatdırır ki bunlara ehtiyac yoxdur. Adətən fəsad törədən bir xəstəlik deyil. Heç bir iz qalmadan keçib gedir. Nadir hallarda dırnaq tökülməsi olur və qorxulu hal deyil, zaman içində özünü bərpa edir. Keçicıdır və sağalana qədər bağçaya getməməsini məsləhət görürük.

- Su çiçəyi xəstəliyi haqda nə deyə bilərsiniz?

- Bu xəstəliklə də mövsümə bağlı olaraq çox sıx rastlaşırıq. Koksaki virusu adətən gövdəyə toxunmaz, ancaq əl, ayaq və ağız nahiyəsində yaralar olur. Su çiçəyində isə başdan ayağa kimi səpgilər olur. 12 yaşdan yuxarı uşaqlarda, immun sistemi zəif olan xəstələrdə və bəzi xüsusi risk qruplarında müalicə veririk. Bunun xaricindəki uşaqların xüsusi müalicə almasına ehtiyac yoxdur, sadəcə qaşınma olduğu üçün qaşınma əleyhinə preparatlar verilə bilər. Səpkilərin üstünü rəngləməyə, pəhrizə ehtiyac yoxdur. Yuyuna bilər lakin yaraların zədələnməməsi üçün kisələnə bilməz.

Səpkilər quruyub tökülənə kimi keçicıdır. Bu müddət bəzilərində 10 gün, bəzilərində 20 gün ola bilər. Bu zaman ərzində kollektivdə olmamalıdır.

Bu elə bir xəstəlikdir ki, səpgilər üzə çıxmadan 2 gün qabaq artıq ətrafdakılara bulaşmağa başlayır. Yəni biz su çiçəyi səpgisini gördüyümüz zaman artıq adətən uşaqlara bulaşmış olur. Peyvəndlə qarşısı alına bilən xəstəlikdir. Bəzən ağırlaşmalara, korluğa, beyin iflicinə səbəb ola bilər. Bu səbəbdən su çiçəyi peyvəndi tam xəstəliyin keçirilməməsinə zəmanət verməsədə, yüngül keçirilməsinə, ağırlaşmanın əngəllənməsinə kömək olur. Türkiyədə və Amerikada bu peyvənd məcburi peyvəndlər arasındadır.

- Digər məxmərək, qızılca virus infeksiyalarıda məlumdur. Valideyinlər əsasən nəyə diqqət etməlidir?

- Məxmərək, qızılca bunlar virus infeksiyasıdır. Bu infeksiyalarda yoluxuculuq yüksək olmasına baxmayaraq adətən özü özünü sərhədləyir, yəni özü özünə sağalır. Özəl müalicəsi yoxdur, ağırlaşma olmadığı müddətcə yataq istirahəti və bol maye tövsiyyə olunur.

Qızılca nisbətən təhlükəli xəstəlikdir. Ciddi şəkildə ağırlaşma verə bilər. 100 nəfərdən altısında pnevmaniyaya səbəb olub ölümlə nəticələnə bilər.

- Rota virusla da mövsüm dəyişmələrinə bağlı olaraq çox sıx rastlaşırıq. Valideyinlər arasında ciddi narahatlıq yaranır. Bu haqda nə deyə bilərsiniz?

- Uşaqlarda mədə-bağırsaq infeksiyalarına səbəb olan ən önəmli virus rota virusudu. Qusma və ishal ilə başlayır. Uşaq bu zaman çox maye itirir. Uşaq yetərli maye qəbul edə bilməzsə beyin və böyrəklər zərər görə bilər. Sonradan maye ilə təmin olunsa belə beyin və böyrəklərdəki zərəri düzəltmək mümkün olmaya bilər. Ona görə ilk öncə ağızdan maye ilə dəstəklənməsini məsləhət görürük, əgər yetərli maye qəbul edə bilmirsə o zaman damardan maye verilir. Xüsusi müalicəsi yoxdur. Bəzən probiotiklərdən istifadə olunur ki, bu da xəstəliyin müddətini 1-2 gün azalda bilər. Bizim üçün önəmli olan az su itirilməsi baxımından xəstəliyin mümkün qədər tez sağalmasıdır. Bu baxımdan 1 gün belə önəmlidir.

Milli.Az


Etiketlər:  Uşaqları təhlükəli virusdan qripdən necə qoruyaq Pediatr izah edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ