Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2022 10:32
"Betis" və "Sevilya" komandaları arasında İspaniya Kubokunun 1/8 final matçı yarımçıq dayandırılıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, buna yerlli azarkeşlərin hərəkəti səbəb olub.
İlk hissənin sonunda fanatların meydançaya atdığı yad əşyalardan biri qonaqların futbolçusu Joan Jordanın başına dəyib. Həkimlər dərhal 28 yaşlı yarımmüdafiəçiyə tibbi yardım göstəriblər.
Baş hakim isə görüşü saxlayaraq, komandaları paltardəyişmə otağına göndərib. Bu zaman hesab 1:1 olub.
Daha sonra İspaniya Futbol Federasiyası qarşılaşmanın təxirə salındığını açıqlayıb.