Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2022 14:35
İnstaqram paylaşım platforması dövrün ən mühüm sosial şəbəkə xidmətidir və dünya ulduzlarının ən çox aktiv olduğu məkanlardan biri hesab olunur.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, ilk olaraq 2010-cu ilin oktyabrında iOS üçün istifadəyə verilən İnstaqram iki ayda bir milyon, bir ildə 10 milyon və 2018-ci ilin iyundan etibarən 1 milyard qeydiyyatdan keçmiş istifadəçi ilə sürətlə populyarlıq qazanan platformadır.
Azərbaycanda isə yarandığı ilk günlərdə instaqramın az istifadəçisi olsa da, iki il sonra populyarlıq əldə edib.
Məşhur simalar da 2012-ci ildən etibarən sözügedən platformadan istifadə etməyə başlayıblar.
Maraqlıdır, Azərbaycanda populyar simalarının instagramda ilk paylaşımları nə vaxt olub?
OLAY sözügedən siyahını təqdim edir:
Xalq artisti Aygün Kazımova, 15 noyabr, 2012-ci il
Xalq artisti Zülfiyyə Xanbabayeva, 7 sentyabr, 2015-ci il
Xalq artisti Röya Ayxan, 29 iyul, 2019-cu il
Xalq artisti Faiq Ağayev, 20 sentyabr, 2012-ci il
Müğənni Zamiq Hüseynov, 24 fevral, 2013-cü il
Müğənni Natavan Həbibi, 30 dekabr, 2013-cü il
Sevil və Sevinc Səfərova, 15 fevral, 2016-cı il
Günay İbrahimli, 30 mart, 2013-cü il
Xalq artisti Miri Yusif, 29 may, 2012-ci il
Xalq artisti Mələxanım Əyyubova, 30 noyabr, 2014-cü il
Əməkdar artist Lalə Məmmədova, 16 noyabr, 2013-cü il