Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2022 16:54
Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.
Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.
Bununla da Novak Cokoviç "Australian Open" turnirində iştirak edə bilməyəcək.
Qeyd edək ki, serbiyalı məşhur tennisçi bir neçə gün öncə Avstraliya sərhəd orqanları tərəfindən saxlanılmışdı.