Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 15:55
Ötən gün paytaxtdakı restoranlardan birində səhnə alan Kibariye ilə Roza Zərgərlinin maraqlı görüntüləri yayılıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, həmkarını dinləməyə gedən Zərgərli mikrofonu götürərək onun ünvanına xoş sözlər deyib.
İfaçı bildirib ki, analar haqda ən gözəl mahnını Kibariye oxuyub: "İllər sonra da sənə bunu yenə xatırladacam. Sən yüz yaşayacaqsan".
Kibariye də Rozanın bu jestini cavabsız qoymayıb. Ona təşəkkür edərək, çox gözəl olduğunu söyləyib:
"Çox gözəlsən. Yeyərəm səni, sosiska".