Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 17:38
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 14-16 yanvar tarixlərində Yaponiyada keçirilən V Tokio Zirvəsində iştirak edib.
Sonxeber.net xəbər verir ki, İnstitutdan bildirilib ki, X.Ələkbərova V Beynəlxalq müasir elmlərdə yeni araşdırmalar Konfransında "Ərəb mühacir qadınların problemlərinin ədəbiyyatda inikasi" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə müasir dünyada qloballaşan miqrasiya problemi, bunu doğuran səbəblərə toxunulub. Miqrasiya prosesləri Misir gündəmində son statistik göstəricilərə əsasən geniş təhlil edilib və xüsusən ərəb müsəlman qadınların mühacir həyatı ilə bağlı acı reallıqlar, üzləşdikləri ksenefobiya halları, aldıqları psixoloji sarsıntılar tanınmış misirli yazarların əsərlərində izlənilib.