Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 07:30
Mahir Emrelinin "Legiya" ilə müqaviləsinə xitam verilməsi üçün danışıqları davam edir.
Sonxeber.net xəbər verir ki, bu barədə apasport.az saytına Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin anası Elnurə Emreli məlumat verib.
Türkiyə mətbuatı son olaraq 25 yaşlı forvardın "Başakşehir"lə müqavilənin şərtlərini razılaşdırdığını yazsa da, Elnurə Emreli bunu təkzib edib. Ancaq o, təkliflər aldıqlarını da gizlətməyib: "Mahirin adını bir neçə klubla hallandırırlar, hər dəfə biri ilə anlaşdığını yazırlar. Halbuki heç bir klubla anlaşmamışıq. Bəli, Mahirə təkliflər var. Ancaq "Legiya" ilə məsələyə son qoymadan heç bir klubla razılıq əldə etmərik".
Qeyd edək ki, "Legiya"nın qış təlim-məşq toplanışına qoşulmayan Mahir Emreli müqaviləyə xitam verilməsi üçün Polşa klubuna rəsmi məktub göndərib.