Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu ötüb

Tarix: 18 Yanvar 2022 08:24

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 325 milyonu, ölənlərin sayı isə 5,53 milyonu keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə dünya üzrə 326 279 424 nəfər koronavirusa yoluxub, 536 609 nəfər isə bu xəstəlikdən ölüb.

Son sutkada yoluxma sayı 2 669 054, ölüm sayı isə 6 916 olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 64 720 612. Növbəti yerlərdə Hindistan (37 380 253), Braziliya (22 975 723), Böyük Britaniya (15 217 284) və Fransa (13 819 182) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub - 843 718. Digər yerləri Braziliya (620 971), Hindistan (486 451), Rusiya (321 990) və Meksika (301 334) bölüşüb.

Milli.Az


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu ötüb


RƏYLƏR