Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 11:33
18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərlə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sonxeber.net-a verilən xəbərə görə, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.