Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 13:14
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda öz missiyasını icra etdi. Əgər onlar olmasaydı, iğtişaşlar davam edəcəkdi və Yaxın Şərq və Mərkəzi Asiyadan terrorçular ölkəyə gələcəkdi.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev deyib.
"KTMT olmasaydı, döyüşlər 2 həftə davam edəcəkdi. Bu, digər terrorçuları cəlb edəcəkdi. "Yatmış hücrələr" Mərkəzi Asiya, Yaxın Şərqdə çoxdur. Onların logistika və kommunikasiyası qurulub. Onlar bura axın edərdilər", - deyə Yertısbayev bildirib.