Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah''ın uşaq komandası Gürcüstanda birinci oldu

''Sabah''ın uşaq komandası Gürcüstanda birinci oldu

Tarix: 2 Sentyabr 2019 22:16

“Sabah”ın U-14 komandası Gürcüstanın Martvili şəhərində keçirilən “Future Cup”da iştirak edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Elnur Zeynalovun komandası ilk oyunda Batumi “Dinamo”su ilə qarşılaşıb. Görüş azərbaycanlı futbolçuların 8:0 hesablı qələbəsi ilə nəticələnib.
 
Növbəti görüşdə təmsilçimiz Tiflis “Dinamo”su ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Ardınca “Martve Kutaisi” komandasını 2:0 (qollara Niyazi Osmanov və Mirhafiz Talışzadə imza atıblar) məğlub edən U-14 yarımfinala yüksəlib. Yarımfinalda “Baia Zuqdidi”ni minimal hesabla üstələyən “Sabah” həlledici görüşə vəsiqə qazanıb. Komandanı finala daşıyan qolu Niyazi Osmanov vurub.
 
Finalda rəqib Tiflis “Dinamo”su olub. 3:0 hesabıyla qalib gələn “Sabah” turniri qalib başa vurub.

“Sabah”ın üzvləri turnirin təşkilatçıları tərəfindən bir neçə sahədə ən yaxşı adına layiq görülüblər.
 
F.Mehtizadə turnirin ən yaxşı qapıçısı, N.Hüseynbalayev ən yaxşı müdafiəçisi, N.Osmanov isə ən yaxşı oyunçusu seçiliblər.

 


Etiketlər:  Sabahın uşaq komandası Gürcüstanda birinci oldu


RƏYLƏR