Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Oğlumdan sonra şəkər tapdım” - VİDEO

“Oğlumdan sonra şəkər tapdım” - VİDEO

Tarix: 18 Yanvar 2022 16:30

"Torpaqlarımız işğaldan azad edildikcə mən özümə gəlirdim. Yəni ki, mənim oğlum da müharibədə iştirak etmək istəyirdi, bu da mənə təsəlli oldu. Fəxr edirəm ki, vətənpərvər, milli ruhda böyüyən oğlum var idi. Düzdür, Allah ona 21 il ömür verdi. Ata oğulun çiynində getməlidir, amma bizdə tərsinə oldu". 

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, bu sözləri "Qonağım ol" proqramında müğənni İbrahim Borçalı mərhum oğlu Rəhim haqda deyib. O, oğlunun ölüm xəbərini ilk eşitdiyi andan danışıb:

"Mənə zəng gəldi danışıqdan hiss etdim ki, pis xəbər var. Qardaşım deyə bilmədi, dayım oğlu söylədi. Xanımıma deyə bilmədim, söylədim ki, komadadır. Oğlu torpağa tapşırılan günü Zöhrə gəldi dedi ki, ağlamayın, dik durun, onda bir mərdlik gördüm. İki gün onunla birgə qaldı. Nişanlı deyildi, sevdiyi qız var idi. O vaxt qanun çıxdı ki, hərə öz qeydiyyatda olduğu ölkəyə getməlidir. O da Gürcüstanda qalmalı oldu. Artıq üç gün qalmışdı, mən onu bura gətirəcəkdim, qəzaya düşdü. Zöhrə yemək bişirirdi, təyyarə ilə onu göndərirdik Türkiyəyə. Oğlumdan sonra şəkər tapdım, başımda nəsə var, dilimdə uyuşuqluq olur. Heç yoxlatmıram. Deyirəm, nə olar, olar. Deyirlər, əsəblə əlaqəlidir. Bəzən olur ki, vəhşiləşirsən, birdən heç ağlamıram, birdən də ağlayıram. Bəzən dözürsən, soyuqqanlılıq yaradır Allah səndə. Onun yas mərasimində 6-7 min adam var idi. Gürcü millət vəkilləri də gəlmişdi, şərait yaratmışdılar pandemiyaya baxmayaraq, tapşırmışdılar ki, nəsə deməyin. Yas da, xeyir iş də insan üçün adiləşir. Rəhimin 40-na qədər mən Zöhrəyə dəstək oldum, sonra tükəndim. O məni qaldırdı. Hətta deyir ki, daha oğlum sənsən. Son vaxtlar yata bilmirəm, yuxum yoxdur. Rəhimin sonuncu evi ora idi, toyunu görüb, mənzil hədiyyə edə bilmədim. O da həmişə qeyri-adiliyi xoşlayırdı, seçilmək istəyirdi. İstədim ki, qəbri də seçilsin, ona görə oranı elə qurdum".

Qeyd edək ki, sənətçinin oğlu Rəhim 2020-ci ilin yayında avtomobil qəzasında dünyasını dəyişib.


Etiketlər:  Oğlumdan sonra şəkər tapdım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ