Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 10:18
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Siyasətçi xəstəxanaya yerləşdirilib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, MMP sədri ürəyində problem olduğuna görə danışmaqda çətinlik çəkdiyini bildirib:
"Xəstəyəm, hazırda Bakı Sağlamlıq Mərkəzindəyəm. Ürəyimdə problem var. Dərman qəbul edib, iynə vurdururam. Çox danışa bilmirəm".
Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.