Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2019 02:20
Bakı. Trend:
Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ABŞ-ın sonuncu qurbanı olmayacaq.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran XİN rəhbəri Məhəmməd Cavad Zərif "Rossiya 24" telekanalına müsahibəsi zamanı deyib.
C.Zərif bildirib: "Amerikanın hərəkətləri yalnız BHFP-yə deyil, beynəlxalq hüququn bütün konstruksiyasına zərbədir. Biz ABŞ-a müqavimət göstərməyin yolunu tapmasaq BHFP yeganə itki olmayacaq. Buna görə də Rusiya ilə bu məsələyə baxışlarımız üst-üstə düşür".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin