Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 19:25
Türkiyəli aktyor, prodüser Tolqahan Sayışman məhkəməlik olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor yeni qurduğu "Hann Yapım" yayım şirkəti ilə təqdim etdiyi ilk iş - "Aynasız" filminin adı ilə bağlı hüquqi əngəllə qarşı-qarşıya qalıb.
Məlum olub ki, aparıcı Gökay Kalaycıoğlu 2020-ci ildə sözügedən adın hüququnu patentləşdirib. Bu səbəbdən o, Tolqahana təzminat davası açıb. Aparıcı addan istifadəyə görə aktyordan 1 milyon lirə təzminat tələb edir.