Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 05:03
Müasir diyetoloqlar arıqlamaq üçün yeni qayda təqdim edirlər. Bu "stəkan qaydasıdır".
Bu pəhizdə heç bir məhdudiyyətlər yoxdur və insan istənilən yeməkləri yeyə bilər. Lakin 2 qaydaya əməl edilməlidir:
1. Gün ərzində 3-4 dəfə yemək yemək lazımdır. Hər dəfə 1 stəkana yerləşdirdiyi qədər yemək yemək olar. "Atıştırmalıq" (peçenye, çips, konfet və s.) qadağandır. Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli "piy yandıran" ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.
2. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, pəhriz zamanı yalnız su və çay (qara və yaşıl çay, ot çayları) içilməlidir. Şirin qazlı içkilər qadağandır. Yeməkdən 15 dəqiqə əvvəl hər dəfə 1 stəkan otaq temperaturunda olan su içilməlidir. Bu daha az yemək yeməyə kömək edir və həmçinin metabolizmi sürətləndirir.
Diyetoloqların müşahidələrinə görə, belə qidalanma çox komfortlu şəkildə arıqlamağa kömək edir.