Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqlayıb

Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin  sayını açıqlayıb

Tarix: 20 Yanvar 2022 07:44

Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, işğalçı ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir.

İstintaq Komitəsi həmçinin qeyd edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb.

Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.


Etiketlər:  Ermənistan ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ