Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 13:06
"Ermənistan Azərbaycanla dövlət sərədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır".
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan belə deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bəyan edib ki, rəsmi İrəvan Azərbaycana sərhədlərin demarkasiya və delimitasiyası prosesinin başlanması üzrə yazılı təkliflər göndərib.
"Bu təkliflərə Sovet xəritə və ya xəritələri nəzərə alınmaqla, qarşılıqlı olaraq ordunun sərhədlərdən geri çəkilməsi, sərhəd xətti boyu sərhəd qüvvələrinin yerləşdirilməsi aiddir. Lakin hələ ki, bu təklifə Azərbaycan tərəfindən yazılı reaksiya yoxdur" - deyə o bildirib.