Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiymət artımı ilə bağlı hökumət qabaqlayıcı tədbirlər görür - VİDEO

Qiymət artımı ilə bağlı hökumət qabaqlayıcı tədbirlər görür - VİDEO

Tarix: 20 Yanvar 2022 14:08

Dünya iqtisadiyyatında, xüsusilə də ərzaq bazarında baş verən proseslərə Azərbaycan hökuməti adekvat mübarizə metodları ilə cavab verir. İstər antiinflyasiya tədbirləri çərçivəsndə, istərsə də süni qiymət artımı kimi halların qarşısını almaq üçün konkret addımlar atılır. Bunlara paralel şəkildə daxili istehsalın dəstəklənməsi məqsədilə hökumət səviyyəsində konkret nəticə doğuran qərarlar da verilir.

Pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətinin artımına səbəb olub. Vətəndaşların bu problemdən minimum şəkildə zərər görmələri üçün Azərbaycan hökuməti tədbirlər görməyə başlayıb. Ötən gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş müşavirədə hökumətin atdığı addımlar barədə məlumat verilib.

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, hökumətin bu istiqamətdə atdığı ən önəmli addımlardan biri anti-inflyasiya tədbirləri ilə bağlıdır.

Ekspert deyir ki, ikinci istiqamət kimi, fürsətdən sui-istifadə edərək qiymət diqtə etmə imkanlarına malik təsərrüfat subyektlərinə qarşı mübarizə də aparılır. Həmçinin hökumət tərəfindən daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırılması, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadılması, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrılması da atılan müsbət addım kimi qiymətləndirilir.

Eldəniz Əmirovun fikirincə, qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir. Ekspert görülən tədbirlərin müsbət nəticə verəcəyini deyir.

Eldəniz Əmirov eyni zamanda işğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının ölkəmizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyəti olduğunu deyir. Ekspert bildirir ki, kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, eləcə də daxili istehsal imkanları hesabına əhalinin əsas ərzaq məhsullarına tələbatının ödənməsinə nail oluna bilər ki, hökumət də bu yolu tutub.

Sonxeber.net Xəzər Tv-nin sujetini təqdim edir:


Etiketlər:  Qiymət artımı ilə bağlı hökumət qabaqlayıcı tədbirlər görür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ