Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb

Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb

Tarix: 20 Yanvar 2022 18:00

Azərbaycanın 2021-ci ilin yanvar-noyabr aylarında məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,5 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,4 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Braziliya və Fransa, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal edilib.


Etiketlər:  Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ