Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 14:02
Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Post Courier" nəşri məlumat yayıb.
Bildirilib ki, bu ölkədə ölüm hökmünə məhkum edilənlərin hamısının cəzası amnistiya hüquq olmadan 30 il müddətinə ömürlük həbs cəzası ilə əvəz olunub.
Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə tətbiq olunurdu.
Nəşrin məlumatına görə, ölkədə ölüm hökmünə məhkum olunmuş 14 cinayətkar var, onlardan ikisi axtarışdadır.
Ölkədə edam hökmü asılma üsulu ilə həyata keçirilirdi.