Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 22:38
İtaliyada "Super yaşıl keçid kartı" ("Super green pass") tətbiqinin əhatə dairəsi genişləndirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalara görə, bərbər, gözəllik salonları və kosmetoloji klinikalarda, eləcə də apteklər, optikalar, poçt şöbələrində "Super yaşıl keçid kartı" tələb olunacaq.
Hökumət bu addımla koronavirusa yoluxma hallarındakı artım tendensiyasının qarşısını almaq və əhalini vaksinasiyadan keçməyə təşviq etmək niyyətindədir.
Qeyd edək ki, "Super yaşıl keçid kartı" ancaq peyvənd edilmiş və ya COVID-19-dan sağalanlara verilir. Testdən keçmək bu sənədi almağa kifayət etmir.