Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 22:50
ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq.
"İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları - red.) təyyarəyə tələsirlər... Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz", - deyə ABŞ lideri vurğulayıb.