Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 03:35
Playboy modeli cazibədar görünüşünə görə həyatda qarşılaşdığı əsas problemləri sadalayıb.
Sonxeber.net xəbər verir ki, onun hekayəsini Mirror nəşri paylaşıb. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərindən olan 27 yaşlı Elizabet Marie Şevaliyer kişilər onun gözəlliyini və karyerasını "qorxuducu" hesab etdiyi üçün romantik münasibət qura bilmədiyini söyləyib.
İnstaqramda 2,9 milyondan çox izləyicisi olan qadın altı ay əvvəl sevgilisindən ayrılıb və o vaxtdan bəri görüşə bilmir. "Mənə dedilər ki, oğlanları qorxuduram, çünki mən hündürəm (boyum 178 santimetrə yaxındır), gözələm və çox güclü xarakterim var. Əslində mən çox şirin və sevgi doluyam" - deyə materialın qəhrəmanı etiraf edib.
"Mən 100 faiz bir fanatla görüşərdim, amma hər dəfə İnstaqramım vasitəsilə kiməsə mesaj yazanda, onlar mənə mal kimi yanaşırdılar. Bəli, mən müntəzəm olaraq bikinidə çəkilirəm, amma bu işdir və əksər kişilər məndə bundan başqa heç nə görmürlər" bildirib.
Anar Əli