Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çimnaza qarşı dələduzluq: “Məni məmur qohumları ilə hədələyirlər”

Çimnaza qarşı dələduzluq: “Məni məmur qohumları ilə hədələyirlər”

Tarix: 22 Yanvar 2022 11:55

"Vicdan haqqı" serialının Larisası kimi tanınan aktrisa Çimnaz Sultanova dələduzluqla üzləşib.

Sonxeber.net "yenisabah.az"a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında pasylaşım edib:

"Mən uzun ilərdir ki, ömrümün böyük hissəsini sənətimə həsr etmiş aktrisa və müğənni, həmçinin Azərbaycan xalqının bir nümayəndəsi kimi sizlərə müraciət edirəm. Bildirirəm ki, mənə qarşı cinayət törətməklə külli miqdarda əmlakımı talamış və mənə böyük mənəvi ziyan vurmuş əvvəllər "Lider" televiziyasında prodüser kimi çalışmış Zərif Vaqif qızı Əlixanova və onun övladı, Səbail rayonu 236 saylı tam orta məktəb şagirdi Zərifə Vasif qızı Məmmədzadənin analoji əməllərindən ziyan görmüş şəxslərin heç nədən çəkinmədən bu barədə mənə müraciət etməsini və həmin şəxslərin bu kimi əməllərinin qarşısını almaq, onların cəzasız qalmaması üçün köməklik göstərilməsini sizdən xahiş edirəm".

Aktrisanın sözlərinə görə, həmin şəxslər onlardan şikayət edənləri yüksək vəzifədə çalışan qohumları ilə təhdid edirlər:

"Bu şəxslərin hamını onların barəsində şikayət edəcəkləri halda guya yüksək vəzifədə çalışan məmur qohumları vasitəsilə hədə-qorxu gəlmələrinə heç bir əhəmiyyət verməyin. Əmin olun ki, Azərbaycan hüquq-mühafizə orqanları və polisi hər zamankı kimi heç bir maneəsiz  pozulmuş hüquqlarımızı bərpa edəcək. Kimdə bununla bağlı məlumat varsa, direktimə yazsın, birlikdə mübarizə aparıb qalib gələk. Biz birlikdə güclüyük..."


Etiketlər:  Çimnaza qarşı dələduzluq Məni məmur qohumları ilə hədələyirlər


RƏYLƏR