Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messi mənə eşşək dedi"

Tarix: 22 Yanvar 2022 18:38

"Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Ceym Karraqer PSJ-nin oyunçusu Lionel Messinin ona yazdığı mesaj barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Karraqer 34 yaşlı hücumçunun onu eşşək adlandırdığını bildirib:

"Messi məndən razı deyil. Mövsümün əvvəlində demişdim ki, Kriştiano Ronaldonu transfer etməyin "Mançester Yunayted" üçün əla seçim olduğunu düşünmürəm. Mən Messini misal çəkdim. Çünki o da PSJ üçün yaxşı bir transfer deyil. Bu açıqlamanı verdikdən sonra İnstaqramda şəxsi mesaj aldım. Messi özü mənə yazdı. Şəxsi mesajlarımı göstərməyəcəyəm, Amma o, məni sadəcə eşşək adlandırdı".

Milli.Az


Etiketlər:  Messi mənə eşşək dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ