Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ürəyin yaxşı işləmədiyini göstərən GİZLİ ƏLAMƏTLƏR

Ürəyin yaxşı işləmədiyini göstərən GİZLİ ƏLAMƏTLƏR

Tarix: 22 Yanvar 2022 20:15

Ürək-damar sistemi xəstəlikləri dünyada ölümün əsas səbəbi sayılır.

Təəssüf ki, bir çox hallarda bu xəstəliklər gizli inkişaf edir və onların ilkin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır.

Bu səbəbdən ürək-damar sistemi xəstəliklərinin ilkin gizli simptomlarını bilmək çox vacibdir. Saglamolun.az sizə bu simptomların siyahısını təqdim edir:

1. Yorğunluq və halsızlıq

Bir çox hallarda insanlar bunu digər səbəblərlə izah edir, lakin əgər yorğunluq heç nəyə baxmayaraq uzun müddət ərzində keçmirsə, kardioloqun müayinəsindən keçin.

2. Öskürək

Bu simptomu biz yalnız nəfəsalma sistemi xəstəlikləri ilə əlaqələndiririk. Lakin öskürək ürək xəstəliyi fonunda da meydana gələ bilər.

Öskürək müalicəyə baxmayaraq keçmirsə, uzanaq vəziyyətdə əmələ gəlirsə, kardioloqun müayinəsindən keçməyinizi tövsiyə edirik.

3. Yuxusuzluq

Bu əsasən sinir sisteminin fəaliyyətində olan pozulmaların simptomu kimi qiymətləndirilir. Lakin ürək xəstəlikləri zamanı da bu simptom meydana gəlir.

4. Osteoxondroza oxşar ağrılar

Qol, çiyin, boyun və kürək nahiyəsində ağrılar əsasən osteoxondrozun simptomları sayılır. Lakin belə ağrılar ürək xəstəliyin və hətta infarktın simptomu ola bilər.

5. Ayaqlarda ödemlər

6. Kişilərdə potensiya problemləri

Milli.Az


Etiketlər:  Ürəyin yaxşı işləmədiyini göstərən GİZLİ ƏLAMƏTLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ