Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tarix: 18 Avqust 2025 18:57

Xüsusilə yay aylarında çox görülən tərləmə və pis bədən qoxusunun pəhriz və vitamin çatışmazlığı ilə bağlı ola biləcəyi bildirilib.

Sonxeber.net-ın məlumatına görə, Daxili Xəstəliklər Mütəxəssisi Dr. Betül Bal, diabet, böyrək və qaraciyər xəstəliklərinin bədəndə müxtəlif qoxulara yol açdığını, eyni zamanda göbələk, bakterial infeksiyalar və həzm problemlərinin də tərlə birləşərək pis qoxuya səbəb olduğunu açıqlayıb.

O, xüsusilə B vitamini çatışmazlığının bu problemi gücləndirdiyini vurğulayıb. Qidalanmada cəfəri, nanə, yaşıl çay, qatıq, alma, xiyar və bol suyun faydalı olduğunu deyən həkim, qoxu problemi yaşayanların pəhrizlərinə diqqət etməli olduğunu qeyd edib.

Sarımsaq, soğan, ədviyyatlı yeməklər, qırmızı ət, bəzi balıqlar və həddindən artıq kofeinin isə tərləməni artıraraq kəskin qoxulara səbəb ola biləcəyi bildirilib. (E-saglam.az)
 


Etiketlər:  Tərləmənin qoxunun səbəbi vitamin imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ