Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 21:03
Sağlam və baxımlı saçlara sahib olmaq hər qadının istəyidir.
Axşam.az baxımlı saçlar üçün bir neçə üsulu təqdim edir:
- Saçlarınızı hər gün bir neçə dəfə fırça ilə darayın.
- Mükəmməl saçların bir sirri də saçları ilıq su ilə yumaqdır. Bu zaman daha canlı saçlara sahib olacaqsınız.
- Saç uclarınızı tez-tez kəsdirin. Ölü tellərdən qurtulmaq lazımdır.
- Sağlam qidalanın. Qidalarda olan vitaminlər saçlarınıza da təsir edir.
- Yumurta maskasından istifadə edin. Bunun üçün bir yumurtanın sarısı və bir yemək qaşığı zeytun yağı lazımdır. Bu 2 inqrediyenti qarışdırıb saçlarınıza vurduqdan sonra 20-30 dəqiqə gözləyin. Ayda iki dəfə istifadə edə bilərsiniz.
- Kök suyu ilə kokos südünü qarışdırın və saçlarınıza çəkin. Saçlarınız həm sağlam, həm də güclü olacaq.
- Suyu sıxılmış soğan, yaxud sarımsağı saç dibinə çəkin. 10 dəqiqə sonra iy gəlməsin deyə limon suyu ilə yaxalayın.