Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 09:20
Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq.
Sonxeber.net xəbər verir ki, bundan başqa, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19-a yoluxduğu təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.
Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası da ləğv edilir.
Səhiyyə Nazirliyi də bu yeniliklər ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, karantin müddətlərinə dəyişiklik yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq edilib.
Nazirliyin sözçüsü bildirib ki, "Omicron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlar virusa yoluxma riskini azaldan göstərişlərə mütləq əməl etməlidirlər.
"Vətəndaşlarımızı gücləndirici "buster" doza ilə vaksin olunmağa çağırırıq" deyə qurum rəsmisi əlavə edib.